Jalyuz qapılar

METAL VƏ YANĞINADAVAMLI QAPILAR.

Yanğınadavamlı qapılar və onların çərçivələri yanğın zamanı insanların təhlükəsizliyində və dəymiş maddi ziyanın minimuma endirilməsində mühüm rol oynayır. Metal qapılar yanğın zamanı təhlükənin və zərərin məhdudlaşdırılmasında cox vacibdir.

Yanğınadavamlı qapılara adətən yüksək mərtəbəli binaların pilləkən meydançalarında rast gəlinir, cünki bu cür qapılar yanğın zamanı insanların təhlükəsiz vəziyyətdə binadan cıxmalarına şərait yaradır.

Yanğınadavamlı qapıların tam quraşdırılmış sistemdir.

Bağlı vəziyyətdə alovun və tüstunun ətrafa yayılmasının qarşısını almaq üçün yanğınadavamlı qapılar tam yığımda yəni, qapı çərçəvəsi, metal lovhələr, üzluk, “antipanika” kilidi, digər aksesuarlar və s. bütün standartlara cavab verməlidir.

Sizin yanğına davamlı qapılarınızın tam sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən quraşdırıldığından əmin ola bilərsiniz.

PASLANMAYAN POLAD QAPILAR

Belə qapılar davamlılıq, görünüş və xidməti özündə cəmləyir.

Sizin tələblərinizdən asılı olaraq paslanmayan polad qapılar aşağıdakı növlü ola bilər:

  • Yanğınadavamlı
  • Standart və ya xüsusi aksesuarlı
  • Xüsusi Akustik xüsusiyyətli

AKKUSTİK QAPILAR.

Akkustik qaılar müəyyən dərəcədə səsin qapıdan keçməsinin qarşısını almaq üçün nəzərdə tutulub. On illər ərzidə bu qapılar istehsal sahələri və səsyazma studioları kimi yüksək səs-küyə malik məkanlarda geniş istifadə olunmuşlar. Lakin onlar həmçinin ofis binalarında da getdikcə məhşurlaşmışlar. İş yerinin mümkün qədər səssiz olması – iş səfiyyəsinin yüksək olmasına və işçi heyyətinin səhətinə və yaxşi əhval-ruhiyyəsinə böyük təsir edir.

Qapının Səs Ötürücüsünə Nəzarət reytinqi qapıdan keçən səsin qarşısının nə dərəcədə alındığının göstəricisidir. Bu reytinq nə qədər yüksək olsa, qapı da bir o qədər səs buraxmayan qapı hesab ediləcək.

Səs nə dərəcədə eşidilə bilər?

  • 25    normal söhbəti divardan asanlıqla və aydın başa düşmək olar
  • 30    yüksək səsli nitq kifayət qədər yaxşı anlaşıla bilər, normal nitq eşidilsə belə anlaşılmaz olar
  • 35    yüksək səsli nitq eşidilir lakin anlaşılmır
  • 40    “məxfiliyin” başlanğıcı
  • 42    yüksək səsli nitq bir mırıltı kimi duyulur
  • 45    yüksək səsli nitqi eşitmək mümkün deyil; statistik göstəricilərə görə əhalini 90% i narahatliq keçirmir
  • 50    musiqi aləti və ya stereo kimi ən yüksək səslər belə çox zəif eşidilir; 99% əhali narahatlıq hiss etmir
  • 60+    yüksək səviyyədə səs izolyasiyası; çox səslər eşidilmir

AVTOMATİK FOTOSELLİ QAPILAR

Avtomatik fotosel qapılar üfiqi şəkildə sürüşdürülərək açilan qapı növüdür.

Bu cür qapıların sayəsində məkan daha işıqlı olur, avtomatik tez açılıb-bağlanma mexanizmi müəyyən sayda insanın eyni vaxtda bir-birlərinə mane olmadan giriş-çıxışına imkan yaradır.

Avtomatik açılıb-bağlanma sistemi həm təhlükəsizlik, həm də gigiyena cəhətdən cox sərfəlidir.

FIRLANAN QAPILAR

Fırlanan qapılar demək olar ki, bütün tələbləri yerinə yetirə biləcək yüzlərcə konfiqurasiyaya malıkdir.

Bu cür qapılar enerjiyə tam qənaət edən qapılar sayılır, belə ki, onlar havakeçirməyən (airlock) kimi fəaliyyət göstərərək küləyin, həddən artiq istiliyin və soyutmanın qarşısını alır. Fırlanan qapılar eyni zamanda kütləvi şəkildə insanların rahat giriş və çıxışını təmin edir.

RULON TIPLI JALUZ QAPI

Rulon tipli jaluz qapılar müxtəlif forma və ölçüdə ola bilər – daxili sahələr üçün daha yüngül materialdan, təhlükəsizliyin tam həlli üçün isə daha ağır poladdan hazırlanır.

Küləyə davamlı və sərt hava şəraitinə müqavimət göstərmək üçün xüsusi örtüyə malikdir.

Sürət və sadəlik baxımından qapının əl və ya avtomatik modeldə olmasını seçmək olar.

Sizin hansı modeldən istifadə etməyinizə baxmayaraq, diyircəyin ən vacib hissəsinin mühərrik mexanizmi olduğunu unutmayın. Biz quraşdırma üçün daim ən yüksək keyfiyyətli mühərrik və mexanizmlərdən istifadə edirikJ

YANĞINADAVAMLI PƏRDƏLƏRİ

Elektron idarə olunan yanğınadavamlı pərdələr alov içərisində olan əraziyə keçidi tam baglayar və bununla da alovun bir yerden başqa bir yerə keçməsinin qarşısını alır.

Belə pərdələr öncədən təyin edilmiş müddətə qədər müdafiəni təmin edir. Yanğınadamlı pərdələr çox nəzərə çarpmayan və yalnız lazım gəldikdə aktiv mövqedə hərəkət etdikləri üçün bir çox sənaye və ticarət obyektləri üçün daha əlverişlidir.

Yanğın pərdələri yalnız sertifikatlaşdırılmış mütəxəssislər tərəfindən quraşdırılmalıdır.

YANA AÇILAN DARVAZALAR

Galvanizə dəmir lövhələrdən düzəlmiş, baglanması əks istiqamətlərdə yüklərlə təmin olunan, EN normalarına müvafiq və yanğınadavamlı yana açılan darvazalar.

TELESKOPİK DARVAZALAR

Galvanizə dəmir lövhələrdən düzəlmiş, baglanması əks istiqamətlərdə yüklərlə təmin olunan, EN normalarına müvafiq və yanğınadavamlı teleskopik darvazalar.

ŞAQULİ İSTİQAMƏTDƏ AÇILAN DARVAZALAR

Galvanizə dəmir lövhələrdən düzəlmiş, baglanması əks istiqamətlərdə yüklərlə təmin olunan, EN normalarina müvafiq və yanğınadavamlı Şaquli istiqamətdə açılan darvazalar.

90° DƏRƏCƏDƏ AVTOMATİK AÇILAN DARVAZALAR

Galvanizə dəmir lövhələrdən düzəlmiş, baglanması əks istiqamətlərdə yüklərlə təmin olunan, EN normalarına müvafiq və yanğınadavamlı 90° dərəcə avtomatik açılan darvazalar

GİRİŞƏ NƏZARƏT

Access Controldan istifadə sizə aşağıdakı imkanları yaradır:

  • Sizin əməkdaşların, qonaqlarınızın və nəqliyyat vasitələrinin sizin ətrafınızda harada və nə vaxt hərəkət etdiyini daim nəzarət altında saxlayın
  • Mühafizəni təmin etməklə iş risklərini idarə edin
  • Fiziki və intellektual fəalların təhlükəsizliyini təmin edin.

Birbaşa keçidə nəzarət elektron kartlardan, barmaq izlərini aşkar edən cihazlardan, əməkdaşların və ərazidəki ziyarətçilərin nəzarəti və monitorinqi üçün klaviaturalardan istifadə edərək bir sıra əsas təhlükəsizlik və iş-funksiyalarının sadələşdirir. O cümlədən:

  • Ziyarətçilərə nəzarət
  • İşçi heyyətinin girişi-çıxışı
  • Monitorinq və nəzarət
  • Mühafizə siqnalizasiyası və bildiriş
  • Fövqəladə idarəetmə, bloklaşdırma və xəbərdarlıq

AKSESSUARLAR

Qapı aksessuarları keyfiyyəti qapının normal fəaliyyətində vacib rol oynayir.

“Antipanika” kilidləri

Elektron və adi kilidlər

Elektron kilidlər

SS qollar

“Qapı bağlayıcı” kilidləri

Siz hər zaman bizim Bakıdakı anbarlarımızdan keyfiyyətli qapı aksessuarlarını əldə edə bilərsiniz. Əgər sizin mövcud qapılarınızı modifikasiya etmək və ya yanğına qarşı təhlükəsizlik qaydalarına tam riayət etmək istəyirsinizsə biz həmişə sizə yardım etməyə hazırıq.

Satış, Quraşdırılma və Texniki xidmət

Məmnun müştərilərimizin sırasına qoşulun!





Please Enter A Valid Email.
Thank You For Your Subscription.