Access Floor Doors

Özünüzü təsvir edin

Sizcə hansı növ müştərimizsiz?

Haqqımızda

“VE Group MMC” şirkəti, hər növ qapı giriş və yüksəldilmiş döşəmə sistemlərinin təchizatı, quraşdırılması və servisində ixtisaslaşmışdır. Bazarda lider məhsul xətti ilə ticarət, sənaye və təşkilati binalar üçün xüsusi qapı və döşəmə həlləri təklif edirik.

Biz Bakıda yerləşirik. Bütün Azərbaycana, həmçinin Rusiya və Gürcüstana da satış imkanlarımız var.

Niyə müştərilər bizi seçirlər?

İstehsalçıya birbaşa sifariş vermək, xərcləri idarə etməyə kömək edir. "Ev tapşırığı" düzgün yerinə yetirilərsə, müştəri birbaşa sifarişdən qənaət edəcəkdir. Bununla birlikdə, sifariş vermək üçün qapı növü, çərçivə növü, aksesuarlar və digər vacib məlumatları bilməlisiniz. Daha sonra anket, sifarişin təsdiqlənməsi, quraşdırılması və sertifikata ehtiyacınız var. Bunların heç biri istehsalçı tərəfindən edilmir. Bütün layihə üzrə məsuliyyət götürmək üçün peşəkar bir podratçıya ehtiyacınız var. Müştərilərimiz həm təcrübəli qapı podratçısının layihə üçün məsuliyyət daşımasından həm də istehsalçılara birbaşa sifariş verməsindən faydalanırlar. Doğru sifariş və quraşdırma üçün məsuliyyəti öz üzərimizə götürürük və müştəri birbaşa istehsalçıya ödəyir.

Niyə müştərilər quraşdırmanı bizə etibar edirlər?

Yanğın qapısı düzgün şəkildə quraşdırıldıqda, yanğın və tüstünün keçməsinin qarşısını alır. Buradakı əsas ifadə “düzgün şəkildə quraşdırıldıqda”dır. Yanğın qapısının düzgün quraşdırılmaması təhlükəsizlik və mühafizəni pozur. Mütəxəssislərimiz müvafiq qapı qurğuları ilə bağlı mütəmadi təlim alırlar. Pul yanğın qapısına xərcləndikdən sonra quraşdırma işini peşəkarlara həvalə etmək məntiqidir. Təhlükəsizliyi riskə atmaq nəyə lazımdır?

Niyə qapı bu qədər önəmlidir?

Bəzi qapılar həddən artıq yeyilir və korroziyaya uğrayır. Zədələnmiş və yeyilmiş qapılar sizi dəvətsiz qonaqlardan qorumur, tüstü və alov sızdıra bilir və səsi asan keçirir. Bunların hamısı istifadəçilər üçün təhlükədir. Zədəli qapı həmçinin HVAC xərclərinin artmasına da səbəb olur. Bu proseslərə nəzarət edilməkidə isə nəticədə bütün qapının dəyişdirilməsi lazım olur. Qapının quraşdırılması və təmiri keyfiyyətli aparıldıqda isə siz yenidən qapı almaq məcburiyyətində qalmayıb, qənaət edirsiz.

Bizimlə işləməyin əlavə üstünlükləri.

ANBAR. Bakıda qapı, aksesuar və döşəmə ehtiyyatımız var. Memarın əlavə olaraq tələb etdiyi hər hansısa bir aksesuar və ya qapı üçün gözləməyə ehtiyyac yoxdur. Qapılar və aksessuarlar sifarişdən sonra bir neçə saat ərzində çatdırılıb quraşdırıla bilər. Həmçinin siz öz məhsullarınız üçün lahiyə ərazisində yer təşkilindən də xilas olursuz. Bununla siz məhsullarınızı aktiv tikinti sahəsindəki zədələnmələrdən qoruya bilirsiz. Biz sizin sifarişlərinizi anbarımızda saxlayırıq və ehtiyyac olduqca gətirib quraşdırırıq.

Əsas məhsullarımız

Məhsullarımız ən yüksək keyfiyyətə malikdir.

Bizim son layihələrimiz

Aviasiya Akademiyası

Metal qapıların, yanğına davamlı metal qapıların və yüksəldilmiş döşəmə sisteminin təchizatı və quraşdırılması

Suraxanı gəmi muzeyi

Yüksəldilmiş döşəmə sisteminin təchizatı və quraşdırılması

Sumqayıt şüşə zavodu

Metal qapıların, yanğına davamlı metal qapıların, darvazaların və seksiyalı darvazaların təchizatı və quraşdırılması

Tövsiyyə məktubları

Bizimlə Əlaqə