Yanğına davamlı Qapılar

Sadə dildə desək yanğın qapısı insanları xilas edir.

Yanğın çıxış qapılarının hər binada olması mütləqdir. Belə qapılar xüsusi konstruksiyalı qapılardır ki, yanğının yayılmasına və tüstünün müəyyən vaxt ərzində əraziyə daxil olmasına mane olur. Bu qapıların əsas göstəricisi onun müddətidir. Həmin müddət ərzində o yüksək temperaturun təsirinə baxmayaraq öz qoruyucu keyfiyyətini qoruyub saxlaya bilir.

Xəstəxana qapıları

Tibbi qapılar etibarlı, ekoloji, estetik və eyni zamanda bütün sanitar-epidemioloji nəzarət normallarına uyğun olmalıdır. Tibbi qapılardan hər gün yüzlərlə adam keçir və ona görədə bu qapılar sanitar tələblərə uyğun olaraq, sutkada bir neçə dəfə xüsusi kimyəvi vasitələrlə təmizlənilir. Bununla əlaqədar o, mexaniki və kimyəvi təsirə qarşı davamlı olmalı, deformasiyaya məruz qalmamalı və rütubətə qarşı dözümlü olmalıdır. Səs izolyasıyasıda mütləqdir.

Paslanmaz polad qapılar

Pazlanmaz poladdan olan qapılar öz estetiklikləri və davamlılıqları ilə fərlənirlər.

Paslanmayan poladdan hazırlanmış qapı və çərçivələrin digər qapılara nisbətdə əhəmiyyətli faydaları vardır:

- Uzunömürlü

- Asan təmizlənmə

- Boyasız

- Estetik baxımdan xoşagələn

- Gigiyenik

Akustik Qapılar

Akustik qapılar müəyyən yüksəklikdəki səsin qarşısını alır. İllərdir istehsalat sahələri və musiqi studiyaları kimi səs-küylü ərazilərdə istifadə edilirlər. Son dövrlərdə isə ofis binalarında da istifadə edilməyə başlanıb. Səsiz iş yeri işçilərin effektivliyinin artmasına kömək edir.

Avtomatik Fotosel qapılar

Avtomatik fotosel qapılar görünüşcə sadə və gözoxşayandırlar. Funksiyanal olaraq məkanın daha işıqlı olmasını təmin edirlər. Avtomatik tez açılıb bağlanma mexanizmi müəyyən sayda insanın eyni vaxtda bir-birilərinə mane olmadan giriş-çıxışına imkan yaradır. Avtomatik açılıb-bağlanma sistemi həm təhlükəsizlik həm də gigyenik cəhətdən sərfəlidir. Belə qapılardan adətən supermarketlər, xəstəxanalar, universitetlər, otellər, banklar və bu tipdə intensiv hərəkətin çox olduğu ərazilərdə istifadə olunur.

Fırlanan qapılar

Fırlanan qapıların istənilən sahədə tətbiqə uyğunlaşması üçün yüzlərlə konfiqurasiyası mövcuddur. Fırlanan qapılar hava kilidi rolunu oynayaraq lahiyədə tələb olunan istilik və soyutma sistemlərinin enerji qənaəti etməsinə kömək edir. Həmçinin bu qapılar sox sayda insanın giriş-çıxışına imkan yaradır.

Rulon tipli jaluz qapılar

Rulon tipli jaluz qapılar bağ evi, pəncərə, qaraj, anbar və mağazalar üçün daha uyğundur. Oğurluq, əlverişsiz hava şəraiti, səs-küy, toz və işığa qarşı sizin mülkünüzü qorumağa kömək edir.

Yanğına davamlı pərdələr

Yanğın siqnalizasiyasını və ya tüstü dedektorunu aktivləşdirir, alov və tüstünün yayılmasının qarşısını alır. Bundan başqa, bu pərdələr ətraf yerləri dəm qazından qoruyub saxlamağa imkan verir.

Darvazalar

Darvazalar adətən texniki məqsədlər üçün diyircəkli arakəsmə və ya bloklu qapıların quraşdırılması mümkün olmayan yerlərdə geniş açılma lazım olan ərazilərdə quraşdırılırlar. Həmçinin qapıların daim açıq olduğu, amma, yanğın və ya təmir kimi xüsusi hallarda bağlamaq ehtiyyacının yarandığı yerlərdə istifadə edilirlər. Darvazalar əsasən metrostansiyalar, stadionlar, avtoparklar, hava limanları və dəmiryolu stansiyaları kimi ərazilər üçün nəzərdə tutulur.

Giriş nəzarəti

An integrated access control solution allows you to: Get full control over where and when your staff, visitors and vehicles can move around your site at all times Manage business risk through policy enforcement Ensure the security of your physical and intellectual assets Access Control utilizes electronic card readers, RFIDs, fingerprint readers and keypads to monitor and control both employees and visitors to site and facilitate a number of key security and business functions including: Visitor management Staff access including integration with existing HR systems and after-hours management Monitoring and tracking Intruder alarm detection and notification Emergency management, lockdown and alerts

Accessories

Quality door accessories are instrumental for proper door functioning.

Panic Bars.

Electronic and Mortise locks.

Electronic locks.

SS handles.

You can always find quality door accessories in our warehouse in Baku.

Whether you need to retrofit the existing door or need to comply with fire safety regulations, we are always here to help

Bizimlə Əlaqə